Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Türkiyədəki Azərbaycanlıların "Zeynəbiyyə" Mərkəzi

1978-79-cu illərdən Türkiyədə fəaliyyət göstərən "Zeynəbiyyə" Mədəniyyət Mərkəzi öz əhatə dairəsini genişləndirmək niyyətindədir. Bu məqsədlə Mərkəz avqust ayının 9-da İstanbulda konfrans keçirəcək.  

15 Temmuz 2009
Türkiyədəki Azərbaycanlıların

Türkiyədə yaşayan azərbaycanlılara məxsus "Zeynəbiyyə" Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Qasım Avcan bir neçə günlük Bakıya səfər edib. İkinci dəfə Azərbaycana səfər etdiklərini deyən Q.Avcan "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Türkiyə-Azərbaycan rəsmi münasibətləri nə qədər sıx olsa da, cəmiyyətlə bir-birini o qədər də yaxşı tanımırlar: "Təəssüflər olsun ki, Türkiyə cəmiyyətində azəri türkü dedikdə təsəvvürlərdə yallı gedənlər, orada fəhlə işləyən naxçıvanlılar və bir də buradan gedən fahişələr canlanır. Bu bizi çox narahat edir. Buradakı müvafiq dövlət qurumu Türkiyədə yaxşı işləmir. Buna görə də, biz fəaliyyətimizi daha da gücləndirməyə qərar verdik".

   Avqustun 9-da İstanbulda keçiriləcək tədbirdə iştirak üçün Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva və digər rəsmi şəxslərə dəvət göndərəcəklərini deyən Q.Avcan qeyd etdi ki, qəzet redaktorları da tədbirə dəvətli olacaq.

   Üç milyon azərbaycanlını özündə birləşdirən Mədəniyyət Mərkəzinin rəhbəri Səlahəddin Özgündür. Mərkəz 20 yanvar, Xocalı faciələrilə bağlı bir sıra tədbirlər keçirib.

   Q.Avcan bildirdi ki, Türkiyədə yaşayan azərbaycanlıların əsas problemi onların dövlət qurumlarında, seçkili orqanlarda təmsil olunmamasıdır: "Mədəniyyət Mərkəzini beynəlxalq təşkilata çevirmək niyyətindəyik. Təşkilatımız Azərbaycan həqiqətlərini dünyaya çatdıran ən böyük qurum olacaq".

   Sərhədlərin açılması məsələsinə də sərt reaksiya verdiklərini diqqətə çatdıran Q.Avcan onu da bildirdi ki, onların heç bir millətlə düşmənçiliyi yoxdur: "Biz də qapıların açılmasının tərəfdarıyıq. Ermənistan işğal olunmuş əraziləri boşaltmalı, Xocalı soyqırımını tanımalı, qondarma erməni soyqırımından imtina etməlidir. Hər tərəfdən azərbaycanlılarla əhatə olunmuş Ermənistan İqdırda yaşayan azəri türklərinin tüfənglərinin mənzilindədir. Üç azərbaycanlı sərmayədarın parası ilə Ermənistanı satın almaq olar. Onlar özlərini yazıq günə qoyublar. İddialarından əl çəksinlər və aramızda yaşasınlar".

   İqdır bələdiyyəsinə seçkilərdə orada Demokratik Toplum Partiyasından kürd kökənli olan birisinin qalib gəlməsinin səbəblərinə də toxunan mətbuat xidmətinin rəhbəri qeyd etdi ki, keçmiş bələdiyyə sədri Nurəddin Arasın şəxsi maraqları ucbatından oradakı azərbaycanlılar ikiyə bölündü və nəticədə kürd kökənli namizəd qalib gəldi: "Parçalanma olmasaydı, DTP ömründə İqdırda qalib gələ bilməzdi. Parçalanma olduğu üçün Türkiyənin hakim qüvvələri DTP-nin namizədinə üstünlük verdi. Bir sözlə, İqdırı 4 illik itirdik".

   

Ruslan XƏLİL

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.