Zeynebiye - Ehlibeyt Dünyasının Gündemi | Türkiye Caferileri

Azərbaycanda Müqəddəs Ramazan Ayı Başlayır

Bu gün Azərbaycanda müqəddəs Ramazan ayının girməsi ilə əlaqədar olaraq niyyət axşamıdır. Azərbaycanda bu il Ramazan bayramının sentyabrın 20-21-nə təsadüf edəcəyi gözlənilir. 

21 Ağustos 2009
Azərbaycanda Müqəddəs Ramazan Ayı Başlayır

Müqəddəs Ramazan ayı müsəlmanlara hicri təqviminin ikinci (622-ci il) ilində əmr edilmişdir. Ramazan ayı insanlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları Allahı sevməyə, gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Ramazan ayının digər müsəlman aylarından daha fəzilətli olması isə məhz bu ayın axırıncı on gecəsinin birində Quranın nazil edilməsidir. Deyilənə görə, bu hadisə ayın 23-dən 24-nə və ya 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə "leylətul-qədr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə barədə belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdir, sülhdür". (97:1-5).

Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ərlə arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 gün davam edir. Quranda yazılır: "Qara sap ağ sapdan seçilənəcən yeyin, için, sonra qaranlıq düşənəcən oruc tutun". (2:187).

Orucluq Fitrə bayramı (eyd-ül fitr) ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidir. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır. Azərbaycanda Orucluq bayramı 1993 - cü ildən dövlət səviyyəsində qeyd olunur.

Yorumlar
Adınız
Yorumunuz onaylanmak üzere yöneticiye iletilmiştir.×
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, müstehcen, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.