Türkiyədə əzəmətli Aşura matəm mərasimi

Türkiyənin Halkali meydanında Əhli-beyt (ə) yolunu Tanıtma, Araşdırma və Tədrisi Dərnəyinin təşkilatçılığı ilə İstanbulun Halkali meydanında əzəmətli Aşura mərasimi keçirilib.

On minlərlə insanın qatıldığı Aşura matəm mərasimində dünyanın müxtəlif yerlərindən sadə vətəndaşlardan tutmuş, hökumət rəsmilərinə qədər iştirak edib.

Tədbirə Türkiyə Əhli-beyt (ə) yolçularının lidəri Şeyx Səlahəddin Özgündüz, İran parlamentinin spikeri Əli Laricani, İraq parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Humam Hamodi, CHP sədrinin müavini Gürsel Tekin, MHP sədrinin müavini Atilla Kaya, keçmiş Ədliyyə naziri Şevket Kazan, onlara millət vəkili, ruhani, səfirlər qatılıb.

Quran tilavəti ilə başlayan tədbirdə Dərnəyin rəhbəri bütün tədbir iştirakçılarını salamlayıb və İslam aləminə öz başsağlığını çatdırıb.

Daha sonra Türkiyə prezidenti Abdullah Gülün mərasim iştirakçılarına ünvanladığı məktub oxunub. Bundan sonra müxtəlif xarici və dövlət rəsmilərinə söz verilib.

Bundan sonra Aşura səhnələrini xatırladan teatr tədbir iştirakçılarına nümayiş olunub. Anidən yağmağa başlayan yağışla insanların göz yaşları bir-birinə qarışıb. Tədbirin sonunda Qəzzada İsrail rejiminin qətliamında yaralanmış fələstinlilər üçün qanvermə mərasimi təşkil edilib. Bundan sonra isə əzadarlıq iştirakçılarına ehsan paylanıb.

Diğer Haberler