Türkiyə Əhli-beyt (ə) davamçılarının lideri Gül ilə görüşdü

Türkiyə Əhli-beyt (ə) davamçılarının lideri Səlahəddin Özgündüz Çankaya iqamətgahında Abdulla Gül ilə görüşüb. Prezidenti Abdulla Gül Səlahəddin Özgündüz və vəkil Sinan Kılıçın rəhbərlik etdiyi Əhli-beyt (ə) yolunu Tanıtma, Araşdırma və Tədrisi Dərnəyinin nümayəndə heyətini qəbul edib.

Türkiyə KİV-lərinin məlumatına görə, olduqca səmimi atmosferdə keçən görüşdə Səlahəddin Özgündüz prezident Abdulla Gülə Türkiyədəki Əhli-beyt (ə) davamılarının müxtəlif mövzularda fikir və mülahizələrini çatdırıb. Çankayada keçirilən görüşdə bir sıra regional və beynəlxalq mövzularda da fikir mübadiləsi aparılıb. Görüşdə Əhli-beyt (ə) davamçılarının yaşadıqları bəzi çətinliklər də prezidentə çatdırılıb və onların həlli istiqamətində müxtəlif yollar müzakirə olunub.

Səlahəddin Özgündüz eyni zamanda Halkali meydanında keçiriləcək Aşura Matəm Mərasiminə prezidenti dəvət edib. “Aşura Matəm Mərasiminə təşrifiniz İslam dünyasında, özəlliklə Əhli-beyt (ə) dünyasında birliyimizin bir daha isbatı olacaq”, - deyə Özgündüz vurğulayıb.

Türkiyə prezidenti isə bu dəvətin qarşılığında bunları deyib: “Sizlərin birlik və bərabərlik istiqamətində çalışmalarınız son dərəcədə faydalıdır. Aşura Matəm Mərasimi türk toplumunda yüksək dəyərlə qarşılanır. Məmləkətin birlik və bərabərliyinə verdiyiniz önəm təqdirəlayiqdir. Sizin çalışmalarınız sayəsində bu ölkədə Əhli-beyt (ə) tanınmış və Əhli-beytə (ə) sevgi artmışdır”.  

/Deyerler.Org /

Diğer Haberler