Özgündüz: Sülh Üçün Ayaqaltı Olaram

Türkiyə Cəfəriləri Lideri Səlahəddin Özgündüz , Bişkək və İstanbulda keçirilən konfransları və Cenevrədə Qə`bul edilən 5 +1- İran razılaşmasını qiymətləndirdi

Əziz Möminlər!

Allah müsəlmanlara Fərəc versin. Birlik , dirlik versin. Vahabi , Sələfi , təkfiri fitnə və cinayət ünsürlərindən İslamı və müsəlmanları qurtarsın.

Dünən , bir konfrans vardı İstanbulumuzda . Bizim də uzvu olduğumuz , Universal İslam Məzhəbləri Yaxınlaşdırma  Razılaşdırma Şurası təşkil etmişdi . Dünyanın müxtəlif ölkələrindən alimlər , ziyalılar , İslam üləması bir yerə gələrək , bu günkü fitnə mühitində orada nələr edilə bilərlər , bunlar danışıldı , biz də fikrimizi  söylədik.
Zeynebiye.tv -dən və ya Zeynebiye.com - dan detalları ala bilərsiniz, Caferiyol Jurnalı da inşallah bu son sayında bunlara yer verəcək .

Qırğızıstanda , bizim Orta Asiyada ata yurdumuz deyilən yerdə də bir konferansımız vardı , oraya da qatıldıq.

Maraqlı olansa , bəli Türkük , oradakılar bizlərin əmi uşaqlarıdır. Amma bir-birimizi başa düşməmiz üçün ya Rus ya da İngilis dilində danışmaq lazımdır. Öz ləhcəmizlə başa düşə bilmirdik. Bu da qəribə bir şey deyil mi ? Türkün türkü başa düşməsi  üçün , başqa dil üzərindən danışması lazım gəlir. .

Amma buna baxmayaraq özümü qərib kimi hiss etmirdim , Allah şahiddir , Türkiyədəymiş kimi hiss edirdim özümü. Yəni bura da mənim yurdum , heç qəriblik hiss etmədim orada.

Almaniyaya getdiyimizdə oradakı dostlarımız , qohumlarımız , öz evimiz kimi , Hacı Həsənin atasına , anasına Allah rəhmət etsin , Allah vəkil , xidmətdə qüsur etmədilər , amma ora Almaniyadır. Orada özümü qərib hiss edirdim , onlar da bilir ki , ev ilə məscid arasında bir - iki yerə avtomobillə gətirdi - apardı o qədər. Çıxıb çöldə gəzməyi canım istəmirdi.

19 gün orada qaldım , Hacı Səfər Ağa , Allah canına sağlıq versin , o getdi bizim heyətlə birlikdə gəzməyə , özümü orada qərib hiss edirdim. Amma burada qərib hiss etmirdim.

Niyə, çünki əcdadımızın başı orada , bizim ata yurdumuzdur oralar . Azərbaycana gəlmədən əvvəlki yurdumuzdur oralar . Onun hissimidir nədir , özündə qəriblik hiss etməyirsən .

Bir də İmam Əli Məscidi vardı orada , oranı ziyarət etdik. Oradakı Azəri qardaşlarla tanış olduq. Oranın alimi yaxşı bir qardaşımızdı , fədakardır . Oradakılar , keçmişini unutmuşkən , Stalin dövrünün sürgünləri yenidən özlərinə dönmələrini tə`min etmiş. Onlarla da görüşmə , tanış olma , ayrı bir kef verdi bizə. Şükür gözəl keçdi.

Sülh Üçün Ayaqaltı Olaram

Bu günlər , İran , Amerika və ya 5 +1- in , razılığı , gündəmdə . Niyə barışdılar ? Yaxşı nə etsəydilər ? Bunların ağlı başında , dünyalıların hamısı mə`mnun , çünki hamısının xeyrinəydi .

Netanyahu , İsrail dövləti narahat.Maraqlıdır , bir də Səudiyyəlilər narahat. Səudiyyə Şahzadəsi deyir ki ; İsrail , İranı vursa , biz ondan tərəf olarıq və yalandan söyləyir ki, bütün sünni dünya bundan mə`mnuniyyət duyar. Əlbəttə ki, yalan söyləyir.

Vəhabilər məmnuniyyət duyar , onu bilirik , çünki onlar İngilis soyudur , sionizmin də xidmətçisidir , bilirik. Amma Sünni dünyanın sə`yi , himməti bunu qə`bul etməz , İslami sə`yi bunu qə`bul etməz.

Bir də o öz əhvalını , soysuzluğunu ortaya qoymuş olur. Sülhə tərəf sən üç addım gedəcəksən , o biri tərəf də gələcək.

Yox deyəsən, bizim xarici işlər nazirinin davranışları dəyişdi , artıq yaxşı addımlar atmağa başladı , sən niyə söymürsən , dünən İraqda , Suriyada on minlərlə , yüz minlərlə qanın mə`suludur deyirlər. Qardaşım , sülh dedinmi , barışax dedinmi , qanın , kinin üzərinə sülh olmaz. Yaxşı addımlar atsın , biz buna dəstək olaq deyirəm. Bunda bir çətinlik yoxdur. Məzhəbi , fiqhi baxımdan , vicdanı baxımdan da , sülh xeyirdir. Ən pis sülh belə , Xudeybiyyə sülhü , Sülh -ul Həsən , İran -İraq müharibəsində İmam Xumeyninin zəhər deyə içdiyi o, sülh , hamısının sonunda xeyr gördük. İslamın xeyirinə oldu hamısı . Keçmişin , kini , nifrəti , onlar axirət günü mühakimə olunacaq , düşmənlik üzərinə sülh olmaz. Düşmənliyi unudaraq sülh edəcəksiniz . Buna da hər kəs güc verməli , məndə qatılacağam.

Qanın , kinin üzərində dayanıb , sülhə zərər verməkdən tərəf deyiləm.Sülhə ayaqaltı olaram , amma döyüşdə , müsəlmanların arasında çıxacaq döyüşdə ayaqaltı olmaram , heç bir şey olmasın. İslah edə bilsəm islah edərəm , deyilsə , imperialist cəbhələrin qarşısında duraram. Prinsipim bu.

Soyuna , irqinə , məzhəbinə də baxmaram . Şiə olmuş , sünni olmuş , buna baxmaram . Müsəlmanların arasına fitnə salan , imperializmə xidmət edən kim varsa , mən onun qarşısında olaram. Vəssalam.

Diğer Haberler