Özgündüz: Ermənistana Hava Sahəsi də Bağlanmalıdır

Halkalı Zeynəbiyyə məscidində qılınan Cümə Namazında minlərlə adama səslənən Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistan ziyarətini və şərhini qiymətləndirdi.

Suriya məsələlərini mən artıq gündəmə getirmirəm . Soyumuş şeyi isitməyə ehtiyac duymuram . Çox şükür , imperialist cəbhə yenidən məğlub oldu. Çox şükür imperialistlərin tərəfində duranlar mə`yus oldular. Çox şükür zəif görünən tərəf müvəffəq oldu.
 
Xarici işlər nazirimiz Ermənistanda. Mətbuatdan gördüyüm sözlərinə mən də razıyam, Ermənistan, Azərbaycan torpaqlarından çəkilmədikcə, Türk sərhədini tanımadıqca, soyqırım ilğımından imtina etmədikcə , bizim onlara yanaşmamız məntiqsiz davranış olar .
 
Turizm inkişaf edəcək deyə qapıları açıb buyrun gelin demək doğru deyil, sanki dünyanın 6 milyardı mənə çatmır, oradakı 2 milyon aç erməni mi bizim ölkəmizi varlandıracaq ?
 
Mənə qalsa yalnız sərhədlər deyil, hava dəhlizi da bağlanılmalıdır. Xəyanət etmiş bir millətdir , hələ də beynəlxalq arenada xəyanətini davam etdirir , neçə diplomatlarımızı da şəhid etdilər.
 
Barış bizim birinci , prioritetli arzumuzdur, amma qarşı tərəf də bunu istəsin. O mənim torpağımızdır , vilayəti sittənin , yə`ni şərqdə 6 torpağımı öz torpağı sayırsa , Ağrı dağını milli , müqəddəs simvolu sayırsa , sərhədini tanımırsa , oralar mənimdir deyir, o sərhədi mən tanımıram deyirsə , bir tərəfdən Türk torpağı Qarabağı işğal etmişsə, 1 milyonu aşmış Türk, şərəfli insanlar indi çadır və vaqonlarda yaşamağa məhkum olmuşsa , sənin ona yaxinlaımanın mə`nası varmı?
 
Xarici işlər nazirimizin əgər bəyənatı belədirsə, doğru söyləyir. Doğrudur, haqlıdır, dəstəkləyirik. 

Diğer Haberler