Özgündüz:Bu Necə Dövlət Sirridir?

Halkalı Zeynəbiyyə məscidində qılınan Cümə namazında minlərlə adama səslənən Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , Berlin ziyarəti , Əhlibeyt şayiri Hüseyn Yalçının vəfatına və ölkə gündəminə dair düşüncələrini bölüşdülər.

Bildiyiniz kimi , bu keçdiyimiz Cümə günü günortadan sonra getdim Almaniyaya orada Ərbəin Konfransına qatıldım. Oradakı dostlarınız , qohumlarınız onların diqqəti və qayğısı görməyə dəyər idi, həqiqətən.
 
 Berlindən , Gelsenkirchendə , Almaniyanın digər şəhərlərindən , Avropanın digər ölkələrindən , Fransadan , Hollandiyadan belə gəlmişdilər sizin qohumlarınız , oradakı eliniz - gününüz . Eksik olmasınlar , çox gözəl maraq, əlaqə , sevgi , hörmət göstərdilər. Bu vəsilə ilə mən həm sizi belə qohumlarınız olduğu üçün təbrik edirəm , həm onlara təşəkkür edirəm. Eyni zamanda onların sizlərə olan salamlarını çatdırıram. Allah onları var etsin və salimən ölkələrinə qovuşdursun inşallah , işlərində müvəffəqiyyətli etsin. Onların səfəri məni çox xoşbəxt etdi. Ona görə bu gəzişin ən gözəl xatirəsi , xatirələri də onlar oldu. Gəzdim , gördüm , inanın ki, elə olmur. Nə gəzirəm nə də görürəm. Xatir üçün , "filan yer var gedək görək" dediklərində , " madam elə gedək" deyirəm. Mənim Istanbulum var , mən dünyanın harasında gəzəcəyəm ki bu qədər kef alım . Mənim Alkosam var , haranı gəzim ki oradan daha gözəl olsun .
 
 Amma oradakı sizin əqrabalarınız var ha , oranın gülləri , oradakı dəyərli canlarımız , həmyerlilərimiz, vətəndaşlarımız ... Onlar  Avropanın gülü-çiçəyidirlər . Allah onları var etsin sizinlə birlikdə. Mən buradan onlara həm təşəkkür edirəm , həm də özlərini salamlayıram.
 
İnnalillah və innə ileyhi raciun , hamınızın keçmişlərinə , yeni vəfat edənlərə Allah gani gani rəhmət etsin. Buradan hamınıza toplu olaraq başsağlığı diləyirəm. Bu aralar məşğul idim ,iştirak edə bilmədim , kimin cənazəsi oldusa başsağlığı diləyirəm. Hörmətlərimi bildirirəm.
 
 Həmçinin , yaxşı bir dostumuz , qədim dostumuz və Əhlibeyt mövzusunda , İmam Hüseyn mövzusunda həqiqətən aşiq bir insan idi , şair bir insan idi , İqdırda bizi qarşılıqsız sevən , sevgisində mənfəət güdməyən, Kərbəlayı Hüseyn Yalçın , Allah ruhunu şad etsin , Onu da itirdik təəssüf ki. Allah sevdikləriylə həşr   etsin  inşallah. Bir Hüseyinçiydi . İmam Hüseyn qolundan tutsun , sahib çıxsın inşallah. Mən ailəsinə , Kərbəlayı Belgin bacımıza da başsağlığı diləyirəm , başları sağ olsun.
 
Dövlət Sirrini Terrorist Görə bilər , Təhlükəsizlik görə bilməz
 
 Ölkə gündəmi ilə əlaqədar mövzulara da toxunan Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz : " Həqiqətən mən tarixdə də belə ziddiyyətlər görməmişdim. Mühakimə qarma-qarış , ədalət qarma-qarış , kimin vəzifə sahəsi nədir bəlli deyil , dövlət nizamı yoxdur. Biri tutub" bunun içində mərmi var baxmamız lazım "deyir , o biri gəlib" qardaşım bundan sənə nə "deyir. Onun başındakı da , " haradan bilirsiniz içində nə var qardaşım , bilib bilmədiyinizi danışırsınız. Onları oradakı Türk qardaşlarımıza göndərdik. " Deyir. Biri də gəlib deyir ki , " qardaşım mənim vəzifəm axtarmaqdır , burax axtarım . " O da deyir ki , " bu dövlət sirridir , görə bilməzsən . "Yaxşı, siz Baş qərargahın ən xüsusi məlumatlarına , kosmik otaqlarına girildiyində "Mühakimə işini edir" deyirdiniz , indi niyə bu yük maşınlarını yoxlamağa icazə vermirsiz? Bu necə bir ziddiyyətdir ?
 
 Yaxşı dövlət sirrini Tırla hara aparırsınız ? Dövlət sirrini Yük maşınlarıyla  xaricə hara aparırsınız ? Yəni Suriyanın terroristi dövlət sirrini görsün amma , Türkiyənin təhlükəsizlik gücləri görməsin. Belə bir ziddiyyət yaşanır. Allah ağılımıza muğayat olsun , xeyirə əlamət deyil. Mismarı çıxmış məmləkətin . Dövlət təşkilatları bir-birləriylə döyüş halında . Allahım sən bu ölkəyə muğayat, ol ya Rəbbim . Allahım bizi dövlətsiz buraxma. Bu nə ziddiyyət , bu nə hal , bu nə hərəkət ?
 
 Bir gün ordunu etibarsızlaşdır , bir gün polisini etibarsızlaşdır , bir gün məhkəməni, ədalətini , bir gün siyasətini ... Bu çox xeyirə əlamət deyil. Kimin kiminlə nə mənfəət qarşıdurması var bilmirəm ,amma Allahın xətirinə bu ölkəni , bu dövləti belə yerindən –yolundan , relsindən çıxarmayın. Ne edəcəksən edin, amma bu millətin dövlətinə aman ha! Bu şəkildə ucuzlaşdırmayın . Türk daxili işlər idarəsi , Türk polisi , Türk Jandarması , Türk əsgəri üçün sirrdir , o görə bilməz amma Suriyadakı terrorist görə bilər. Belə dövlət sirri mi olar? Bu necə dövlət sirridir ? Burada bir ziddiyyət , anormallıq yoxdur mu ? Burada bir  eybəcərlik yoxdur mu ?
 
 "Yox onlar ərzaq maddəsiydi. " Elə isə niyə icazə vermirsən polisin , jandarman axtarsın , baxsın nədir? Madam arpa , buğdadı , qida maddəsi nə zamandan bəri dövlət sirri oldu? Türkmən qardaşlarıma gedəcək , un , çörək nə zamandan bəri dövlət sirri oldu? Yoxsa hələ mi biz qonşu , qardaş dövlətlərin qanına əlimizi , pəncəmizi vururuq ? Hələ mi ? Hələ mi bu ayıbımızı davam etdiririk ? Yox canım olmaz elə şey. Türk nəcabətinə , ədalətinə , əsilzadəliyində , şanına yaraşmaz bu. Etməzlər inşallah , arpa buğdadır. Mən də elə inanmaq istəyirəm,amma yaxşı bunu niyə təhlükəsizlik güclərindən saxlayırsınız ? Burax açsın baxsın. Hətta mətbuatı da gətir izləsin , budur , arpa, buğda , biskvitin , lokumdur , saqqızdır deyə göstər . Niyə gizliyirsən ?
 
 Niyə dünyanı da vətəndaşını da nigaran edirsən ? Niyə şüphələndirirsən? Arpa , buğdadır madam aç göstər , nə səbəbə gizlədirsən, öz polisindən , öz jandarmandan , öz məhkəməndən ?
 
 Allahım bizləri islah et ,başımızdan başlayaraq , ağılsız başın zəhməti ayaqlara düşür çünki , Allahım ağılımıza muğayat ol.

Diğer Haberler