Özgündüz: Bu Gəmi Bizimdir

Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , ölkəmizin gündəmini son günlərdə məşğul edən saxlanmalar və buna istiqamətli bəyanatlarla əlaqədar sağlam düşüncə çağırışı edərək "Hər kəs ölkəmizə zərər verəcək şeylərdən çəkinməlidir . Bu gəmi hamımızın gəmisidir ; onu batırmamalı , əmin limanlara çıxarmalıyıq. " dedi.

Halkalı Zeynəbiyyə Camisindəki cümə xütbəsində minlərlə adama səslənən Türkiyə Cafəriləri Lideri , xütbəsinin ikinci hissəsində ölkəmizin gündəmindəki məsələlərə toxunaraq kimsənin ön mühakimə ilə ədaləti də, siyasəti də gühahlandırmaması lazım olduğunu vurğuladı :
 
"Qiymətli Möminlər ,
 
Ölkəmiz çalxalanır. Iqtisadiyyatımız , Allah uzaq etsin amma sanki böhrana doğru yönəlir. Ümid edirəm qorxulan olmaz. Yenə bir sıra sənədlər və yenə məşhur müstəntiqimizin cəhdləri ortada. Mən haqsızlıq edilir , demirəm. Nə ədalətin ağızlara saqqız olmasını , nə də ölkə siyasətinin xaricdən biri iki sənəd atıldıqda alt-üst olmasını istəyirəm. Bizə atılana , anında biz də dərhal " Bunlar demək nə bədbəxt adamlardır" deyə atlamamız doğru deyil. Ağır , mətin davranmalıyıq ; günahı sabit olana qədər hər kəs günahsızdır.
 
Siyasətçilər bir-birinə necə davransa davransın , o onların məsələsi. Amma biz müsəlman kimi davranmalıyıq. Cinayət sabit olmadan , illərcə həbsdə ömrünü keçirənlərin məzlum olduğunu düşünürəm. Adını qiyamçı qoyub , əsgərlərini içəri tıxamaq da məncə doğru deyil. Cinayət işləyən əlbəttə cəzasını çəksin ;məhkəmədə ittiham edin , günahı sabit olsun , sonra qoyun içəriyə.
 
Bu mövzuda sənəd- sübut varsa , sənin əlindədirsə nə gözlədin indiyə qədər? Deyilsə , buraxın hələ nəticələri görək. Siyasi partiyalar əlbəttə, bir-birləriylə rəqabətdədirlər . Onlar istifadə edir,etsin , amma sən müsəlman kimi davran məncə.
 
Nə ədaləti dərhal ön mühakimə ilə günahlandır, nə də siyasəti . Çünki , dediyiniz hər şeydən sabah ruz - i məhşərdə mə`sul olacaqsınız. Siyasətçilər , siyasətini etsin. Əlbəttə onlara da belə davranmaq caiz deyil , amma siyasət təəssüf ki, belə bir şeydir.
 
Allah, ölkəmizə zərər verəcək şeylərdən bütün vətəndaşlarımızı qorusun. Bu gəmi hamımızın gəmisidir. Gəmini ola bildiyincə əmin limana çıxarmalıyıq , batırmamalıyız 
 
Keçən , SKY Türkdə etdiyim çıxışı nə olduğu namə`lum kəslər " Özgündüzdən İrana ağır tənqidlər , təhqirlər " vs .. sözlərlə təqdim etməyə çalışdı. Sizlər mənim çıxışımda ağır və ya yüngül bir təhqir eşitdinizmi? Əksinə İnqilabın Rəhbərini , müəssisəsini , indiyə qədər olduğu kimi , bundan sonra da müdafiyə edəcəyəm.Mənim inqilabın müəssisəsiylə heç bir problemim yoxdur. O inqilabı edən hey`ətdən həyatda olanlara Allah səhhət,nuş lütf etsin , dünyadan köçənləri də Allah rəhmət etsin. Istismarcılar da varsa , Allah onları da islah etsin.
 
Lakin Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu , Qarabağda qırğın edildiyi gerçəyini də gizləyəcəksinizmi ? İnqilabı müdafiə bunu mu tələb edir ? Ermənini təmizə çıxarmağı gərəktirir? Düşmən belə olsanız , namərt olmayın , mərd olun! Ruz - i məhşərdə kimin o suyun içində kaynadığını görəcəyik. Bu mövzunu çox uzatmağa gərək görmürem , çünki qarşınızdakının , nə olduğu müəyyən deyil.
 
Bazar ertəsi günü Ərbəində Aşurayı xatırladan bir ehtişamı inşallah Məhəmməd Füzuli Nümayiş Mərkəzində dünyaya göstərəcəksiniz. Kiçik-böyük , qadınlı -kişili , həm buradakı , həm uzaqdakı dostlarınıza xəbər verin. Bu , Şiə -Sünni bütün müsəlmanların məsələsidir. İmam Hüseyn (ə.s) yalnız bizim deyil. Ərbəin mərasimi möhtəşəm olmalı. Bunun dünyəvi deyil , ührəvi xeyiri var sizə . "

Diğer Haberler