Özgündüz “Demokratikləşmə paketi”haqqında fikirlərini söylədi

Türkiyə Cəfəriləri Lideri Səlahəddin Özgündüz baş nazir Ərdoğanın açıqladığı ”Demokratikləşmə paketi” haqqında danışdı.

Özgündüz bu mövzuyla əlaqəli Zeynəbiye.com-a mə”lumat verdi;”-Biz azadlığı,estetikanı və ədaləti tə”min və qarantiya edəcək, vətəndaşın verdiyi səsləri zibilliyə deyil, məclisə aparacaq şöhrətpərəst deyil, həqiqətpərəst bir demokratiya istəyirik- deyən Türkiyə Cəfəriləri Lideri Səlahəddin Özgündüz “-Kralliq və yaxud tək partiya sistemi olsaydı bundan başqa nə olardı?-dedi.

Bu sistem ilə səslərin ya zibilliyə ya da partiya sədrlərinin məcburi seçilmələrini təşkil edəcəkləri namizədlərə gedəcəyini bildirən Özgündüz,”-Anlaşılan budur ki,partiya liderlərinin hökmranlığı əvvəlkindən daha da şiddətli bir şəkildə davam edəcəkdir.”-dedi

“Elan edilən paketi,tələblərə cavab yerinə, terrorizmə rüşvət olaraq görürəm”-deyən Özgündüz Terrora müraciət etməyənlərin  tələbərinin diqqətə alınmadığını ,heç sayıldığını,terroru isə rüşvətlə dayandırma acizliyi(qorxaqlığı) gördüyünü söylədi.

Hicab mövzusunun seçkigabağı yenə istifadə edilməsinin doğru olmadığını da qeyd edən Özgündüz “-Görülən odur ki,hicab- hələ də birilərinin vəzifə sevdasına və taxt ehtirasına xidmət etməyə alət olmağa davam etməkdədir.Təəssüf!"

Diğer Haberler