Almaniada Görkəmli Ərbəin (Foto)

İmam Əli Məscidi İslam Mərkəzi tərəfindən Almaniyanın Gelsenkirchen şəhərində təşkil edilən 7. Ərbəin Konfransına dünyanın dörd bir yanından əhəmiyyətli nümayəndələr ilə minlərlə İmam Hüseyn ( as ) aşiqi iştirak etdi.

29 Dekabr bazar günü günorta və ikindi namazlarının əda edilməsiylə reallaşan mərasimdə Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz , İran İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Həcc mə`sulu Höccətül İslam Seyid Qazi Əsgər , İmam Əli Məscidi İslam Mərkəzinin İmamı Höccət'ül İslam Məhəmməd Mücahidi , Hollandiya şiə Məclisinin sədri və Rotterdam Hicrət Məscidi İmamı H. Ş. İsrafil Demirtekin , İran İslam Respublikası Mədəniyyət Ateşesi Höccətül İslam Şeyx Mehdi İmanipour , Höccətül İslam Şeyx Məhəmməd Salar , Höccətül İslam Şeyx Hüseyn Akay , Höccətül İslam Şeyx Cəfər Bayar , Gelsenkirchen Cemevi Babası Camal Yaşıl , Berlin İmam Cəfər - i Sadiq Məscidi Dərnək Başçısı H. Həsən Babur , Avropanın müxtəlif bölgələrindəki Əhlibeyt məscidlərinin dərnək rəhbərləri , idarə heyəti üzvləri və camaatları iştirak etdi.
 
Hollandiya Şiə Məclisinin sədri və Rotterdam Hicrət Məscidi İmamı H. Ş. İsrafil Demirtekinin Quran - ı Kərim tilavətiylə başlayan mərasimdə danışan ev sahibi IAC İmam Əli Məscidi İslam Mərkəzinin İmamı Höccətül İslam Məhəmməd Mücahid, " Bu gün bura peyğəmbərlərin varisi İmam Hüseyn ( as ) ın mesajının hələ yaşatıldığını göstərmək üçün , ' Helm yensurun ' fəryadına ləbbeyk demək üçün , Zeynəb bir daha əsla əsir olmayacaq , demək üçün toplandıq "dedi. Ərbəin ilə birlikdə Hz. Peyğəmbərimiz ( sav) in rıhleti və İmam Həsən ( as ) ın şəhadəti münasibəti ilə də taziyələrini bildirən Mücahidi , danışmasının sonunda Türkiyə Cafəriləri Lideri Özgündüzə təşəkkürlərini bildirərək " Aşuranın məscidlərdən çıxarıb dünyanın gündəminə daşıyan iftiharımız Özgündüze  fəaliyyətlərindən ötəri təşəkkürlərimizi ərz edirik "dedi.
 
 Təqdimatını Berlin İmam Cafər - i Sadiq Məscidi Dərnək Başçısı Həsən Baburun etdiyi konfransda Avropanın və ölkəmizin ən böyük inanc və mədəniyyət mərkəzi olacaq Zeynəbiyyə Məscidi və Mədəniyyət Mərkəzinin təqdimat filmi nümayiş edildi.
 
Maraqla izlənilən video nümayişinin  ardından kürsüyə Türkiyə Cafəriləri Lideri Səlahəddin Özgündüz dəvət edildi. Çıxışında Zeynəbiyyə Məscidi və Mədəniyyət Mərkəzinin son vəziyyəti haqqında mə`lumat verərək şəxsi üzərindən Zeynəbiyyə Hərəkatı haqqındakı icra edilən qaralama kampaniyalarına toxundu. Özgündüzün danışması salonu dolduran minlərlə insan tərəfindən tez-tez salavat və təkbirlərlə kəsildi.
 
 Çıxışının ardından Özgündüze Gelsenkirchen Cemevi Babası Camal Yeşıl tərəfindən bir tablo hədiyyə edildi. Hədiyyəni təqdim edən Yeşıl "Bunu hər kəs bilsin ki , Özgündüz yalnız Cafərilərin deyil , biz Ələvilərin də lideridir " dedi. İmam Əli Məscidi İslam Mərkəzinin İmamı Höccətül İslam Məhəmməd Mücahidi də Özgündüzə lövhə təqdim etdi. Özgündüz təşəkkür çıxışında Şiə ictimaiyyətini bölməyə htç kəsin müvəffəq ola bilməyəcəyini vurğulayaraq "İllərdir deyirəm, Pir Sultan ilə Şah İsmayılı ayıra bilməzlər. Hamımız Ələviyik , hamımız Cafəriyik . Son dövrdə yaşananlar bunu bir dəfə daha ortaya qoydu ki , biz birik" dedi.
 
Rəhbərin Həcc nümayəndəsi Seyid Qazi Əsgər , Dünya Əhlibeyt qurultayı nümayəndəsi Məhəmməd Salar və İran İslam Respublikası Mədəniyyət Ateşesi Höccətül İslam Şeyx Mehdi İmanipourun da iştirakçılara səsləndiyi Ərbəin görüşündə İmam Cəfər - i Sadiq Məscidi Dərnək Başçısı Həsən Baburun ürəklərə işləyən şeirləri və Əhlibeyt Məddah Şehruz Habibinin mərsiyələriylə salon mənəvi atmosferə büründü. İmanpur , çıxışında Əhlibeyt məktəbinin birlik və qardaşlıq məktəbi olduğunu vurğulayaraq Hz. Peyğəmbərimiz ( s) ın rıhleti və İmam Həsən ( as ) ın şəhadəti münasibəti ilə də taziyələrini bildirdi.
 
Proqramın sonunda İmam Rıza(ə.s) şəhadət ildönümü günləri səbəbiylə beş iştirakçıya , İmam Əli Məscidi İslam Mərkəzi tərəfindən Məşhəd ziyarəti hədiyyə edildi.
 
Avropadakı Əhlibeyt dostlarının görüşmə ünvanı olan Gelsenkirchen Ərbəin Konfransı axşam və yatsı namazlarının əda edilməsiylə sona çatdı.
 
 

Foto: Khan Kalko

Diğer Haberler