Əsənyurtda Matəm Mərasimi (Foto)

Hz. Məhəmməd (S.) və sevimli nəvəsi İmam Həsən ( as )ın şəhadəti səbəbindən Əsənyurt mədəniyyət mərkəzində təşkil edilən matəm proqramına Dünya Cafəri Alimlər Birliyi qurucu sədri Ş. Həmid Turan , CABİR baş katibi Musa Ayaztekin , Əsənyurt Bələdiyyə başçısı Necmi Kadıoğlu , CABİR alimləri və minlərlə adam qatıldı.

29 Dekabr bazar günü, 18:00 etibarilə başlayan, ehsan yeməyinin Əhlibeyt aşiqlərinə təqdim edilməsi ilə başladı və ehsan yeməyinin sonrasında Zeynəbiyə Tv tərəfindən hazırlanan " Aşura" adlı qısa film , Əhlibeyt aşiqlərinə nümayiş edildi.
 
Qısa film nümayişinin  ardından, Hz. Əbu Talib məscidi mollası Ş. Hüseyn Çaçanın Quran - ı Kərim tilavətiylə davam etdi.
 
Quran - ı Kərim tilavətinin sonrasında, Əsənyurt İmam Həsən məscidi mollası Ş. Turqut Beyhan, kürsüyə dəvət edilərək, xoş gəldin çıxışı etdi. Beyhan "Bizim bu mənalı gecədə burada olmağımızın tək səbəbi var , o da Peyğəmbər və xanədanına olan eşqimizdir . " şəklində danışdı .
 
Beyhan'ın ardından, kürsüyə də`vət edilən CABİR baş katibi Ş. Musa Ayaztekin , salamlama danışmasının sonrasında , günün mə`na və əhəmiyyətinə bağlı açıqlamalar verib. "Bizlər , 1400 ildir bizlərə edilənlərə,ayrımçılıqlara və təhqirlərə baxmayaraq , bu məktəbin tam mərkəzindəyik " dedi.
 
Ayaztəkinin ardından, Iğdır Dərnəyi qurucularından Fəxrəddin Akbaş oxuduğu " Ya Rəbbi " adlı şeiri , salavatlarla təqdir yığdı.
 
Akbaşın oxuduğu şerin sonrasında, CABİR qurucu sədri Ş. Həmid Turan kürsüyə də`vət edilərək , xoş gəlmisiniz çıxışının ardından , Əhlibeyt dostlarına səsləndi. Hz. Məhəmməd ( s.) və Hz. Həsən ( as ) ın fəzilətlərindən bəhs edən Turan " Allah bizləri, Rəsulullah və Əhli-beytini doğru tanımağı və doğru anlamağı və doğru yaşamağı müvəffəq etsin. Allah adına , Əyyamullahda , xüsusi günlərində onların ağrısını paylaşan , sevincli günlərində sevinclərini paylaşan Əhlibeyt aşiqlərindən olaq inşallah . " dedi.
 
Turanın ardından, kürsüyə də`vət edilən Əsənyurt Bələdiyyə başçısı Necmi Kadıoğlu xoş gəldiniz çıxışının sonrasında " Hz. Əlini sevənin öldürülməsi qədər dəhşətli bir şey ola bilməz və bunu edənlərin də müsəlman olması da düşünülə bilməz. Müaviyə soyundan gələn insanları seçərək Səud Krallığının başına , İordaniyaya , keçmişdə İraqın başına gətirildiyini görürük. Bunlar seçilərək gətirtilmişlərdir . " deyən Kadıoğlu , məzhəb davalarına toxunaraq , döyüşləri qınadı.
 
Kadıoğlunun ardından, Əsənyurt məscidi mollası Ş. Turqut Beyhan oxuduğu məsiyə ilə , Əhlibeyt  dostlarını  gözyaşlarına boğdu.
 
Program, birlikdə sinə döyən iştirakçıların dua etməsiylə sona çatdı.
 
 

Diğer Haberler